F-1.az xatırladır ki, hollandiyalı sürücü Rusiyadakı sıralanma turunda ikinci olaraq, karyerasında 13-cü dəfə ön cərgəni tutub.
Maks Ferstappen: “İkinci yer gözlənilməz oldu. Mən bunu tez-tez demirəm, amma bu mənim karyeramdakı ən yaxşı sıralanma dövrəm idi və özümü yaxşı hiss edirəm. İlk iki sessiyada maşınla mübarizə aparsam da, sonra bu problemləri həll etdik. Yeniliklər üçüncü sessiyanın son cəhdində işlədi.
Biz poul uğrunda mübarizə aparmaq istəyərdik, amma hazırda bu, mümkünsüzdür. Lakin iki Mercedes-in arasına girdim və ön cərgədə olduğum üçün xoşbəxtəm.
Sabah çirkli tərəfdən start alacam, ancaq medium təkərlərdəyəm və bu, bizimçün ən yaxşısıdır. Əgər yaxşı start alsaq, hava kisəsindən istifadə edə bilərik. Ancaq düşünürəm ki, Mercedes-in yarış tempi güclüdür”.