F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 4-cü yerdən başlasa da, startda Fettellə Bottasın insidentindən yararlanaraq 2-ci yerə yüksəlib və yarışın sonuna qədər yerini qoruyaraq builki 3-cü podiumunu qazanıb. Bu, 20 yaşlı sürücünün 2018-ci ildəki ən yüksək nəticəsidir.
Maks Ferstappen: “Gözəl bazar günü idi. Lyus yarışa nəzarət edirdi və onu izləməyə çalışdım. Lakin çox sürətli idi. Onunla eyni tempi tutmaq çox çətin idi. Nəticədən razıyam. Hamı bacardığı qədər yüksəlmək istəyirdi və bəzi rəqiblərim səhv etdi. Mən də dəyərləndirdim. Startdan sonra fərqlər artdı və ümumilikdə yarış yaxşı keçdi. Növbəti yarış komandamızın vətənindədir və ümid edirəm ki, orada daha yaxşı nəticə qazanarıq”.