F-1.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunda ikinci olsa da, sabahkı yarışın startında 5 yer itirəcək.
Maks Ferstappen: “Sıralanma turu yaxın keçdi, ancaq burada yüksək asfaltayatma qüvvəsi seçdik. Vahid dövrədə güclü olmasaq da, yarışda daha yaxşı təsir bağışlayacağıq. Geridən başlayacağımı bilirdim və buna görə də yaxşı dövrə vurmalı idim. Dövrəmdən və performansımdan razıyam. Sabah bizi maraqlı mübarizə gözləyir”.