M.Ferstappen: “Gələnilki bolidləri sürmək çətin olmayacaq”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, gələnilki bolidləri sürmək heç də çətin olmayacaq.

F-1.az xatırladır ki, gələnilki bolidlər aerodinamik cəhətdən dəyişəcək və təkərlərin ölçüləri daha geniş olacaq. Bu dəyişikliklərdən sonra bolidlərin 4-5 saniyə sürətlənməsi gözlənilir.

Yeni bolidlərin idarəetməsinin sürücülər üçün çətin olacağı gözlənilir, amma Ferstappen bu fikirlərlə razı deyil: “Yeni bolidlər cəsarət tələb etmir. Çünki daha çox asfaltla ilişmə olacaq və bu işləri asanlaşdıracaq.

Ümid edirəm ki, təkərlər çox yeyilməz. Amma təkərlərin üzərinə düşən yük də artacaq. Təbii ki, təkərlər enlənəcək, amma bilmək olmaz. Gözləyək”.

Hollandiyalı bildirib ki, yeni bolidin görüntüsü azarkeşlər üçün daha cəlbedici olacaq: “Yeni bolidi çox görməmişəm, çünki hələ üzərində işləyirlər. Amma qəribə görünür. İnternetdə yayımlanan şəkillər də maraqlıdır. Buna görə də dəstəkləyirəm. Artıq güclü olmaq əlimizdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*