M.Ferstappen: “Gec pit-stop etmək səhv idi”

Silverstounda əla çıxışla yarışı 3-cü yerdə başa vuran və Niko Rosberqə cəza verilməsindən sonra 2-ci yerə yüksələn Red Bull komandasının gənc sürücüsü Maks Ferstappen pit-stopa bir dövrə gec getdiyi üçün məyusdur.

F-1.az xatırladır ki, yarışa 3-cü yerdən başlayan və təhlükəsizlik maşını trası tərk etdikdən bir qədər sonra möhtəşəm hücumla Rosberqi keçən Ferstappen tras qurumağa başlayarkən ən sürətli pilot idi və Həmiltonun pit-stopa getməsindən sonra 1-ci yerə qədər yüksəlmişdi.

Pit-stop etdikdən sonra 2-ci yerdə trasa qayıdan gənc hollandiyalı artıq qurumuş trasda Nikonun hücumlarına məruz qalmış, bir neçə dövrə yaxşı müdafiə olunsa da, nəhayət, keçilmişdi. Yarışın sonunda Rosbergin problemlə üzləşməsindən sonra ona yaxınlaşsa da, ötə bilməmiş və finiş xəttini 3-cü yerdə keçmişdi.

Maks yaşıl təkərə keçmək üçün bir dövrə ləngidiyinə görə məyus olduğunu bildirib: “İnanılmaz yarış idi. Azarkeşlərə bir baxın, möhtəşəmdirlər! Yarış çox həyəcanlı idi və ilk dövrələr olduqca çətin idi. Rosberqi keçə bildim və pit-stoplardan əvvəl Həmiltona çatırdım. Lakin 1 dövrə gec pit-stop etməklə üstünlüyü əldən verdik. O andan etibarən ancaq yaxşı sürərək finişə çatmaq barədə düşünmək məcburiyyətində qaldım.

Təəssüf ki, Niko sonra məni keçdi. Lakin ona çatmağa kifayət edəcək sürətim var idi. Həm Nikonu, həm də Lyuisi görə bilirdim. Mənə belə maşın verdiyi üçün komandama təşəkkür etmək istəyirəm. Onlar bu nəticəyə layiqdirlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*