F-1.az xatırladır ki, niderlandlı sürücü Fransada qalib gələrək, Leklerlə xal fərqini artırmış və ondan sonrakı yarışların sadəcə ikisində qələbəsiz qalmışdı.
Maks Ferstappen: “Mövsümün bu qədər uğurlu keçəcəyini mən də gözləmirdim. Xüsusən də mövsümün əvvəlində… Bütün Red Bull komandası xoşbəxtdir. Bir mövsümdə 15 qələbə hər deyəndə olmur. 2022-ci ilə qədər 20 qələbəm var idi. Bu il isə 15 qələbə qazandım.
Fransa yarışından sonra artıq çempionam dedim. Ondan sonra böyük üstünlüyümüz var idi. O yarışdan sonra güclü idik”.