F-1.az xatırladır ki, almaniyalı sürücü 2010-2013-cü illərdə ardıcıl 4 dəfə Dünya Çempionu olub. Buna baxmayaraq Maks keçmişdə Rikkardonun məğlub etdiyi Fetteli güclü sürücü saymır: “Bilirdim ki, Şarl Ferrari-də güclü olacaq. Çünki doğrudan da çox sürətlidir. Rikkardo daha əvvəl Fetteli məğlub edibsə, bunu Lekler də bacarar. Fettel yaxşı sürücüdür. Əks halda 4 dəfə çempion ola bilməzdi. Amma Sebastyan mükəmməl sürücü deyil. Çünki Daniel onu məğlub etmişdi.
Leklerlə komanda yoldaşı olmaq şansım yaransa, bunu dəyərləndirəcəm. Bu Həmiltonçün də keçərlidir. Beş dəfə çempion olması məni maraqlandırmır”.