F-1.az xatırladır ki, niderlandlı sürücü Ciddədə cümə gününü ikinci yerdə bağlayıb. Gənc sürücü Hard təkərlərlə sürətli görünürdü.
Maks Ferstappen: “Cümə günü sessiyalar problemsin keçdi və proqramımızı tamamladıq. Bütün təkər tərkiblərini sınadıq. Ferrari yenə sürətli görünür. Buna görə onlarla fərqi bağlamaq üçün çox şey etməliyik.
Trasa gəldikdə isə keçənilki ilə eyni görünür. Bariyerlər dəyişsə də, gözlə görünən dəyişiklik yoxdur. Sıralanma turundan əvvəl məlumatları təhlil edəcəyik. Görək nə olur”.