F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il 3 yarışda 4-cü, 2 yarışda isə 3-cü yeri tutub. 21 yaşlı sürücü Sürücülər Çempionatında iki Ferrari pilotunun önündə 3-cü yerdədir.
Maks Ferstappen: “Hazırda üçüncü yerdəyəm və bunu gözləmirdim. Amma hələki ən sürətli üçüncü komandayıq. Komanda olaraq daha güclü olmaq istəsək də, qazandığımız nəticələrə görə sevincliyik. Ferrari-nin mühərriyi güclüdür. Montsa kimi uzun düzlüklü traslarda onlar güclü olacaqlar”.