F-1.az xatırladır ki, Toro Rosso komandası 2015-ci ildə Renault mühərriklərindən istifadə etmişdi və mövsümboyu etibarlılıq problemləri yaşamışdı.
Amma hollandiyalı pilot 2016-cı ildə istifadə edəcəkləri 2015-ci ilin Ferrari mühərriklərinin komandaya müsbət təsir edəcəyinə inanır: “Ümid edirik ki, hər şey yaxşı olacaq. Təbii ki, həmişə bolidi təkmilləşdirməliyik, amma başlanğıcda hər şey yaxşı görünməlidir. 2015-ci ildə bolidimiz olan STR10 döngələrdə sürətli idi və 2016-cı ildə də şassi ilə bağlı problem yaşayacağımıza inanmıram.
Ferrari mühərrikləri bizim üçün önəmli addım oldu. Düşünürəm ki, bu bizim çıxışımızı yaxşılaşdıracaq. Mühərrikin gücü həmişə önəmlidir. Bunun hesabına 1 dövrədə 1 saniyə qazana bilərsiniz. Bu rəqiblərimizə qarşı önəmli addım olacaq”.
Xatırladaq ki, Toro Rosso komandası 2007-2013-cü illər aralığında Ferrari-nin V8 mühərriklərindən istifadə edib.