F-1.az xatırladır ki, Macarıstandakı cümə sərbəst yürüşlərindən sonra Ferrari sürətli görünüb. İtaliya komandasının vahid dövrə performansı çox yaxşı olub və cümə gününü lider bağlayıblar.
Maks Ferstappen: “Cümə günü gözlənildiyi kimi çətin keçdi. Hazırda balans tapmağa çalışırıq. Bəzən yaxşı, bəzən də pis olur. Görüləcək işlər var.
Ferrari bizdən öndədir. Onları məğlub etmək çətin olacaq. Yenə də bu gecə çox işləyib fərqi bağlamağa çalışacağıq. Görək sabah necə olacaq. Quru havada onlarla mübarizə apara bilməyəcəyik. Yağış yağsa, şansımız ola bilər”.