F-1.az xatırladır ki, 20 yaşlı sürücü Formula1 karyerası ərzində 2 yarış qazana bilib.
Maks Ferstappen: “Gələcəkdə Ferrari-də yarışmağa pis baxmıram. Mən sadəcə qalib gəlmək istəyirəm və bunun üçün də qarşıma çıxan fürsətlərdən maksimum faydalanmalıyam. Yarış qazana bilmədiyim halda burada olmağın mənası yoxdur. Formula1-ə gələndən çempion olmaq istəyirəm və buna görə də güclü boliddə yarışmaq istəyirəm. Red Bull mənim üçün çox şey edib və həmişə ilk seçimim olacaqlar”.