F-1.az xatırladır ki, Ferrari komandası bu il ardıcıl ikinci dəfə yarışa ön cərgədən başlayacaq. Ferstappen isə lider Fetteldən təxminən bir saniyə geri qalıb.
Maks Ferstappen: “Ferrari və Mercedes-ə nisbətən pis iş görmədik, amma onlar çox sürətlidirlər. Xüsusən də Ferrari. Elə bil düzlüklərdə turbo düyməsi tapıblar. Döngələrdə də asfaltla ilişmələri yaxşıdır. Uzun sözün qısası, bu gün hər mənada əla iş gördülər. Həftəsonu üçün əla paketləri var, amma biz də yarış tempində güclüyük və sabah onlara yaxın ola bilərik. Yarışda hər şey mümkündür. Yaxşı strategiya ilə gözəl nəticə qazana bilərik”.