F-1.az xatırladır ki, 19 yaşlı sürücü sıralanma turunda 6-cı yeri tutsa da, təkər strategiyasına görə yarışda yaxşı yer tutacağına inanır: “UltraSoft təkərlər yarış tempində çox zəifdir. Səhərki sərbəst yürüşlərdə SuperSoft təkərlərlə çoxlu dövrələr vurdum və təkərlərin performansı çox yaxşı idi. Amma əsl nəticəni sabah görəcəyik.
Əgər Mercedes sürücüləri ilə eyni təkərləri seçsəydik, onları izləməli olacaqdıq. Belə olan halda isə onlara qarşı şansımız olacaq.
Cümə günündən etibarən tempim yaxşıdır, amma sıralanmadakı son sessiyada yaxşı dövrə vura bilmədim və geridə qaldım. Nəticəyə görə məyusam”.