F-1.az xatırladır ki, 2022-ci ildə texniki reqlament yeniləndikdən sonra əksəriyyət düşünürdü ki, çempionluq uğrunda mübarizə daha sıx olacaq. Lakin Red. Bull komandası 22 yarışda 17-si qələbə olmaqla 21 podium görüblər. “Qırmızı öküzlər” mövsümün sonuna 4 yarış qalmış Sürücülər Çempionluğunu, 3 yarış qalmış isə Mühəndislər Kubokunu təmin ediblər.
Maks Ferstappen: “Məncə, gələn mövsüm yaxın mübarizə olacaq. Mühəndislər yeni bolidi getdikcə anlayırlar və komandalar arasındakı fərqlər bağlanır. Bizim üçün Əbu Dabi yarışı yaxşı keçdi və pozitiv düşünürük.
qışda çox işləməli və 2023-cü il üçün gətiriləcək yeni təkərləri anlamağa çalışmalıyıq. Görək nə edirik”.