F-1.az xatırladır ki, ilk iki yarışın qəhrəmanları Maksla Şarl olub. Onlar həm Bəhreyndə, həm də Ciddədə azarkeşləri həyəcanlandıran təkər-təkərə mübarizəyə girişiblər. Bunların birində Lekler, digərində isə Ferstappen qalib olub.
Maks Ferstappen: “Belə anlarda səbirli olmalısınız, çünki xallara ehtiyacımız var. Təbii ki, qalib gəlmək istəyirik, amma yarışı bitirmək də önəmlidir.
Bizim mübarizəmiz yaxşı və çətin idi. Bir-birimizə hörmət edirik və bu vacibdir”.