F-1.az xatırladır ki, hollandiyalı sürücü son iki yarışda mühərrik problemləri yaşayaraq, cəmi 21 dövrə vura bilib. 19 yaşlı sürücünün komanda yoldaşı Rikkardo isə son iki yarışda mümkün 50 xaldan 40-nı qazana bilib.
Maks Ferstappen: “Keçən il Avstriyada ikinci olaraq, gözəl nəticə əldə etmişdim. Bu mövsüm daha yaxşı bolidimiz var və əsas gözləntimiz qələbədir. Öndəki Ferrari və Mercedes-ə mümkün qədər yaxın olaraq, rəqabətədavamlı olmaq istəyirik. Strategiya çox vacib olacaq və buna görə də hər nəticə mümkündür. Burada azarkeşlərin dəstəyi ilə birlikdə qalib gələ bilərik. Son yarışlardakı bəxtsizliyimi qıraraq, gözəl nəticə almaq istəyirəm. Ümid edirəm ki, başımıza pis hadisə gəlməz”.