M.Ferstappen əsəbidir

Red Bull komandasının sürücüsü Maks Ferstappen Sinqapurdakı sıralanma turundan sonra əsəbidir.

F-1.az xatırladır ki, niderlandlı sürücü poul uğrunda mübarizə apararkən, çənində yanacaq az qaldığı üçün komandası onu boksa çağırıb. Beləliklə, o 8-ci yerlə razılaşmalı olub.

Maks Ferstappen: “Zibil gün idi. Əvvəlki cəhdimdə sürətli idim, amma mənə dedilər ki, yavaşlı. Mən də razılaşdım. Son cəhdimdə isə pitə gir dedilər. Onda hər şey məlum oldu. Yanacağımız bitmişdi. Bu olmamalıdır. Sessiya ərzində komanda 6 dövrə vuracağımızı bilməli idi. Beş dövrəlik yanacaqla 6 dövrə vurmaq olmaz. Heç olmasa, əvvəlki dövrəmi tamamlamağa icazə verərədilər.

Hazırda məyusam. Təbii ki, bu komanda işidir və mən də səhv edə bilərəm, komanda da. Bunu qəbul etmək olmaz. Bundan dərs çıxarmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*