M.Ferstappen: “Ən yaxşı yarışım İspaniyadır”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onun indiyə qədər keçirdiyi ən yaxşı yarış yağışlı Braziliya yox, İspaniya yatışı olub.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü yağışlı havada keçən Braziliya yarışında geriyə düşməsinə baxmayaraq, podiuma yüksəlmişdi,

Maks Ferstappen: “Təbii ki, ən yaxşı yarışım İspaniya idi. Braziliya da çox yaxşı idi, amma o yarış tamamilə fərqli idi.

Bəzi yaxşı yarışlarım oldu. Buna görə də qərar verə bilmərəm, Amma bu problem deyil. Həmişə mümkün qədər sürətli olmağa çalışırsınız”.

Ferstappen Mercedes-in Əbu Dabidə çox güclü olmasını gözləyir: “Çətin olacaq. Əgər Mercede problem yaşamasa bizim üçün hədəf 3-cülükdür. Onlar hazırda çox güclüdürlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*