Əgər Mercedes AMG-də olsaydı, Həmiltonla mübarizə apara bilib-bilməyəcəyi barədə suala Maks belə cavab verib: “Əlbəttə, aparardım. Bir sürücünün ehtiyacı olan əsas şey özünəinamdır. Bu, məndə var və mübarizə apara bilərəm”.
Maks Ferstappen: “Həmiltonun çempionluq mübarizəsini son yarışa qədər davam etdirəcəyinə əminəm. Niko çempionluğa çox yaxın görünsə də, deyə biləcəyim yeganə şey Lyuisin çox sürətli olmasıdır. O, heç vaxt mübarizədən əl çəkməyən böyük döyüşçüdür. Çempionun son yarışda bəlli olacağına inanıram. Amma bu, Nikonun sürətli olmadığı mənasına gəlmir. Fernando və Lyuis hazırda ən yaxşı sürücülərdir. Amma mən Maks Ferstappenəm və sürüş stilim Lyuisinkinə daha çox bənzəyir”.