M.Ferstappen: “Ən gənc çempion olmaq kimi hədəfim yoxdur”

Red Bull komandasının sürücüsü Maks Ferstappen Əbu Dabidə yaxşı nəticə alaraq, sürücülər çempionatında 4-cü olmaq istəyir.

F-1.az xatırladır ki, Maks Ferstappen hazırda Fetteldən 5 xal geridə qalır.

Hollandiyalı bildirib ki, son yarışda əlindən gələni edəcək: “Yaxşı nəticə qazanmaq istəyirəm. Sürücülər çempionatında hələ də 4-cülük şansım var və bundan istifadə etməliyəm. Tras bizim üçün əlverişlidir və buna görə də yarışın bizim üçün yaxşı keçəcəyinə əminəm”.

Jurnalistlər Ferstappendən “ən gənc Dünya Çempionu olmaq istərsinizmi?” soruşduqda, gənc sürücü belə cavab verib: “Belə hədəfim yoxdur. Bəli, Dünya Çempionu olmaq istəyirəm, amma rekordlar barədə düşünmürəm. Yaxşı komandadayam və bu şans bir gün əlimə keçəcək. Hər il hər yarışda eyni formada sürsəm, Dünya Çempionu olacağıma inanıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*