M.Ferstappen ən gənc çempion olmaq barədə düşünmür

Red Bull komandasının 19 yaşlı sürücüsü Maks Ferstappenin ən gənc Dünya Çempionu statusunu qazanmaq şansı olsa da, bununla maraqlanmadığını bildirib.

F-1.az xatırladır ki, keçən mövsüm Barselona yarışını qazanan hollandiyalı Formula1 tarixinin ən gənc qələbə qazanan və podiuma yüksələn sürücüsü olmuşdu. Maks bundan başqa Formula1 tarixinin xal qazanan ən gənc sürücüsü və Formula1-də qələbə qazanan ilk hollandiyalı statuslarını da ələ etmişdi.

Amma 19 yaşlı sürücü düşünür ki, çempionluğu çox düşünsə, bəzi işlər qaydasında getməz və bu hal onun performansına pis təsir edər: “Bu cür rekordlar çox da vacib deyil. Hazırda yeganə məqsədim mümkün olduğu qədər çox qələbə qazanmaqdır. Bu mövzuda özümü yaxşı hiss edirəm. Mercedes yenə də ən sürətli komanda olacaq. Ferrari də rəqabətədavamlı görünür. Əminəm ki, bu il də gözəl mübarizə izləyəcəyik”.

Ferstappen Mixael Şumaxerin oğlu Mik Şumaxerə də məsləhətlər verib: “Mik hazırda Formula3-də bacardığı qədər çox yarış qazanmağa fokuslanmalıdır. Nə qədər çox təcrübə qazansa, ona xeyir olacaq və onun üçün daha çox qapı açılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*