F-1.az xatırladır ki, 20 yaşlı sürücü 7-ci, 8-ci və 15-ci döngələrdə səhv edərək, 6-cı olub və aldığı cəzaya görə yarışa 17-ci yerdən başlayacaq.
Maks Ferstappen: “Heyif ki, son cəhdimdə səhv elədim və buna görə də geridə qaldım. Küləyi bəhanə etmək doğru deyil. Vəziyyət hamı üçün eyni idi. İl ərzində sıralanma turunda güclü idik, amma son cəhdimdə hər şey tərs getdi. Mövsümün, hətta karyeramın ən bərbad sıralanma turu idi. Üçüncü ola və ya Fettellə 2-ci yer uğrunda mübarizə apara bilərdim.
Artıq yarışa fokuslanmalıyıq. Bu tras fərqli strategiyalara və ötmələrə əlverişilidir. Ümid edirəm ki, ön pillələrə yüksələrəm”.