M.Ferstappen: “Əlimdən heç nə gəlmirdi”

Red Bull komandasının sürücüsü Maks Ferstappen əlindən heç nə gəlmədiyini deyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ikinci sessiyada sürətli dövrə vurarkən Maqnussenin divara çırpılması ilə dövrəsini tamamlaya bilməyib. Bunun nəticəsində 21 yaşlı sürücü 11-ci yeri tutub.

Maks Ferstappen: “Qırmızı bayraq çıxdı. Əlimdən heç nə gəlmirdi. Medium təkərlərlə sürətli dövrə vurmağa çalışdım. Amma təkərlərin işləməməsi və trafik biƏ mane oldu. Son cəhdimizdə Maqnussenin divara çırpılması bizə pis təsir etdi. Dövrəm yaxşı idi və son sessiyaya qalacaqdım.

Təkər seçimində sərbəst olacam. Digər halda Soft təkərlərlə yarışa başlayacaqdım və yaxşı olmayacaqdı. Bu yer arzu etdiyim yer deyil. Orta qrupdakı maşınlarla mübarizə aparmalı olacağıq. Tempimiz Ferrari və Mercedes-dən zəifdir. Onlarla mübarizə aparmaq çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*