F-1.az xatırladır ki, niderlandlı sürücü sprin yarışına pouldan başlasa da, ilk dövrə rəzində komanda yoldaşı Serxio Pereslə mübarizə aparıb. LAkin o, ikinci döngədə yenidən liderliyi alıb və bundan sonra hər dövrə fərqi açaraq, rahat qələbə qazanıb. Beləliklə, iki sürücü arasındakı fərq 70 xala yüksəlib.
Maks Ferstappen: “Bu gün doğrudan da yaxşı idi. Getdikcə quruyan trasda keçid təkərləri ilə 24 dövrə vurmaq çətin idi. Ancaq təkərlər sona qədər dözə bildilər. Son 5 dövrədə quru havva təkərləri çox sürətli idilər. LAkin çox öndə olduğumz üçün pitə getməyin mənası yox idi. Buna görə də bizdə yaxşı işləyən keçid təkərləri ilə davam etdik”.
Maks Ferstappen yarışın startında həm birinci döngədə, həm də ikinci döngədə komanda yoldaşı Serxio Pereslə mübarizə apardı. İkiqat Dünya Çempionu bu mübarizə barədə də danışıb: “İlk döngənin çıxışında bir az təhlükəli vəziyyət oldu. Yağışda qazonlu sahə çox sürüşkən olur. Yenə də maşını idarə edə bildim və ondan sonra təmiz yarış keçirdim”.