F-1.az xatırladır ki, Ferstappen əvvəlcə Rəykköneni, daha sonra isə Rosberqi keçərək, ikinci yerə yüksəlsə də, komandası səhv strategiya seçdiyi üçün 16-cı yerə qədər geriləyib. Amma 19 yaşlı sürücü yüksək əzmkarlıq nümayiş etdirərək, yarışı podiumda bitirə bilib…
Maks Ferstappen: “Əla yarış oldu. Qırmızı bayraqlar, çətin hava şəraiti və sürüşkən düzlük..,
İkinci ola bilərdik, amma qumar oynadıq. Bəzən qumar oynamaq lazımdır və bu gün bunu etdik. Çox yaxşı ötmələr etdim və buna görə də xoşbəxtəm.
Rəykköneni ötərkən fərqli trayektoriyaları sınadım və düzgün trayektoriyanı tapdım. Öz-özümə dedim ki, əgər Kimi bu trayektoriyanı tutmasa, onu keçə bilərəm. Daha sonra isə daxili trayektoriyanı tutub, onu keçdim.
İkinci qırmızı bayraqlardan sonra startda Rosberqi keçə bildim. Xarici trayektoriyada asfaltla ilişmə güclü idi və gözəl hücum etdim. Porebriklərə çıxanda, bir az qorxdum, amma bolidi idarə edə bildim.
Daha sonra keçid təkərlərinə keçdim və bu təkərlərlə sürmək çox çətin idi. Yenidən pitə getməli oldum və 16-cı yerə düşdüm. Ötmələr etməyə başladım. Düzlükdə harada olduğumu bilmirdim. Podiuma çıxa bilmək əla oldu”.