F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 4-cü yerdən başlasa da, Ferrari-nin səhv strategiyasına görə finişə 3-cü yerdə çatıb.
Maks Ferstappen: “Dünəndən sonra əlimdən gələni etdim. Sıralanma turunda qırmızı bayraqlara görə dövrə vura bilmədim və bu gün əlimdən gələni etdim. Komanda olaraq strategiya ilı Ferrari-ni qabaqlamaq üçün əlimizdən gələni etdik. Bütün komanda bazar günündən sonra xoşbəxtdir. Çox hərəkətli yarış idi. Əla iş gördük. Leklerlə xal fərqini artırdım və bunu gözləmirdim”.