F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda Bottası keçərək ikinci yerə yüksəlib və yarışın sonuna qədər yerini qoruyub.
Maks Ferstappen: “Bu gün Mercedes komandasının sürücülərini ayıra bildim və xoşbəxtəm. Lyuisə çatmaq mümkünsüz idi. Buna görə də ikinci yerdən razıyam. Startda Valtterini keçmək vacib idi. Ondan sonra performansıma fokuslandım.
Bundan sonrakı yarışlarda da sürətlənməyə davam edəcəyik, ancaq rəqiblərimizin də performansı artır. Görək növbəti yarışlarda nə olur”.