M.Ferstappen: Əla gün idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, cümə günü özünü maşında yaxşı hiss edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü cümə sərbəst yürüşlərində 1-ci yeri tutub. Son iki yarışın qalibi burada da favorit qismində görünür.

Maks Ferstappen: “Cümə günü sürməkdən həzz aldım. Formula1 bolidlərini yüksək sürətdə sürəndə həzz alırsınız. Buna görə də son iki döngədən həzz aldım. Bir neçə maşını izləməy çalışdım və hər şey yaxşı görünürdü. Ötmə cəhətdən də hər şey yaxşıdır. Ümumilikdə yaxşı gün keçirmişik və bolid əla işlədi.

İnkişaf etdirəcəyimiz xırdalıqlar var. Ancaq həm sıralanma, həm də yarış tempində güclüyük. Təkərləri də yaxşı qorudum. İndi isə rəqiblərimizin dövrəvi nəticələrinə baxacağam, amma cümə günü mənim üçün yaxşı keçdi.

Qabarlar çox pis deyildi. Bu tras bir neçə il əvvəl asfaltlanıb və hər şey çox yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*