M.Ferstappen: Əla gün idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen ardıcıl 5-ci qələbədən sonra çox xoşbəxtdir.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 7-ci yerdən başlasa da, ilk dövrədə 3-cü yerə yüksəlib. Daha sonra isə düzgün strategiya ilə yarışı qazanıb. Bu həmdə gənc sürücünün Montsadakı ilk podiumu və qələbəsidir.

Maks Ferstappen: “Yaxşı işlədik. Bütün təkərlərdə ən sürətli biz idik. Yeyilmə çox yaxşı idi. Bolidimiz yaxşıdır. Sonlarda fərqo nəzarətdə saxlamağa çalşırdıq. Daha sonra təhlükəsizlik maşını çıxdı və restart edə bilmədik. Əla gün idi.

Start yaxşı idi və ilk döngəni təmiz döndüm. Daha sonra ikinci yerə yüksəldim. Təkərlər də yaxşı idi və isti olsa da, sürməkdən həzz aldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*