Maks Ferstappen: “Bəli, əslində Əbu-Dabidəki yarış zamanı düşündüm ki, daha titul qazana bilməyəcəm. Bununla belə, sona qədər mübarizəni davam etdirdim. Sonda qalib gəlməsəydim belə, yenə də möhtəşəm bir mövsüm idi. Hər şey çox emosional idi. İndi ağlıma çox şey gəlir. Mən elə də emosional insan deyiləm, amma sonra dizlərim titrəyirdi”.
Xatırladaq ki, keçən mövsüm sürücülər çempionatının taleyi yarış hakiminin verdiyi mübahisəli qərarla son dövrədə həll olunmuşdu”.