F-1.az xatırladır ki, hollandiyalı sürücü Sinqapur yarışına 4-cü yerdən başlasa da, taktika hesabına podiuma yüksələ bilib.
Maks Ferstappen: “Yarış yaxşı keçdi. Əvvəlcə yavaş idik və buna görə də hamı bir-birinə yaxın idi. Təkərlər yeyiləndən sonra pitə gəldim və Lyuisi keçdik. Daha sonra təkərlərə nəzarət etdim. Təhlükəsizlik maşınından sonra təkərlər soyuduğu üçün təhlükəli idi. Podiuma yüksəldiyimçün xoşbəxtəm. Yaxşı xallar qazansaq da, təhlillər aparacağıq. Üçlüyə düşdüyüm üçün sevincliyəm”.