F-1.az xatırladır ki, niderlandlı sürücü birinci sərbəst yürüşlərdən sonra boliddən narazı olsa da, ikinci sərbəs yürüşlərdə Alonsodan 0.1 saniyə geridə qalaraq, ikinci olub.
Maks Ferstappen: “Günün birinci yarısı çətin idi. Çox çətinlik çəkdim, çünki testlərdə hər şey yaxşı işləmişdi. İkinci sərbəs yürüşlər də ideal başlamadı, amma son dövrəm pis detildi.
Bolid sonlarda daha yaxşı işlədi. Çətin başlanğıc etsək də, sonlarda doğru yolu tapdıq. İndi hər şey daha yaxşı görünür. Dəyişikliklərdən sonra bolidin yarış tempi dəyişdi. İndi vəziyyyəti bir az da yaxşılaşdırmaq lazımdır”.