F-1.az xatırladır ki, hollandiyalı sürücü mühərrik probleminə görə mübarizəni dayandıranda təhqiramiz sözlər işlətmişdi.
Maks Ferstappen: “Hələ də məyusam. Amma emosional vaxtımda dediyim sözlər doğru deyildi. Yarışa yaxşı başlamışdım və gözləntilərim yüksək idi. Əsəblərimin pozulmasının səbəbi var. Mühərrik problemləri son illərdə çoxalmağa başladı”.