F-1.az xatırladır ki, niderlandlı sürücü onsuz da yarışın startında 3 yer itirəcəkdi. Bugünkü birinci sərbəst yürüşlərdə də hər iki Mercedes sürücüsündən geridə qalırdı. Buna görə də Avstriya təmsilçisi Maksı dördüncü motora keçirmək qərarına gəliblər.
Beləliklə, 23 yaşlı pilot yarışa 20-ci yerdən başlayacaq. Red Bull strateqləri bu seçimi həftəsonu yağış ehtimalına görə ediblər, çünki niderlandlı sürücü yağışda həmişə yaxşı performans göstərib. Buna görə də ilk pillələrə yüksəlmə şansı çox olacaq.
Açıqlamaya əsasən Maks yeni daxiliyanma mühərriyinə, MGU-K və MGU-H generatorlarına, turboya, enerji depoluyucusuna və idarətmə elektronikasına keçib. Eyni zamanda builki yeddinci qazburaxma sistemini götürüb.