F-1.az xatırladır ki, niderlandlı sürücü bildirmişdi ki, növbəti yarışlarda cəza almaq qaçınılmaz olacaq.
Red Bull komandası ötməyə əlverişli olduğu üçün Ferstappeni Belçikada yeni güc qurğusuna keçirmək qərarı alıb. 24 yaşlı pilot yeni daxiliyanma mühərriyinə, turboya, MGU-H və MGU-K generatoruna, enerji depolayıcısına və idarəetmə elektronikasına keçib.
Ondan başqa Lando Norris, Esteban Okon və Valttrri Bottas da yeni güc qurğusuna keçdiyi üçün gerilərə düşüblər.
Sonda Mik Şumaxer də yeni idarəetmə elektronikasına və ötürmələr qutusuna keçdiyi üçün cərimələnib.