F-1.az xatırladır ki, avstraliyalı sürücü 2014-2018-ci illərdə Red Bull-da yarışmış, amma daha sonra Renault-ya treansfer olunmuşdu. 2021-ci ildə isə McLaren komandasının yolunu tutmuşdu. Lakin narıncıların heyətində uğursuz iki mövsümdən sonra Daniel oradan ayrılıb. Özünə komanda tapa bilməyən 33 yaşlı pilot gələn ildən sabiq komandası Red Bull-da üçüncü sürücü kimi çıxış edəcək.
Maks Ferstappen: “Əgər Red Bull-da qalsaydı, Daniel üçün daha yaxşı olardı. Onunla bu barədə danışdım. O vaxtlar özünü Red Bull-da rahat hiss etmirdi. Belə olan halda alternativləri dəyərləndirməlisiniz. Ancaq Red Bull-da hamı onun yaxşılığını istəyirdi. Ayrılmaqdansa, komanda ilə danışa bilərdi. Heyif ki, belə oldu”.