F-1.az xatırladır ki, hollandiyalı sürücü Amerika yarışında Rəykköneni trası kəsərək keçmiş və nəticəsinə 5 saniyə əlavə edilmişdi. Bundan sonra 20 yaşlı sürücü stüardları sərt tənqid etmişdi.
Maks Ferstappen: “Stüardlar qeyri-stabil işlər görürlər və əksər sürücülər bundan narazıdır. Məncə, hər yarışda eyni stüard briqadası olmalıdır. Beləliklə, qərarlar stabil olar. Fərqli insanlar fərqli qərarlara gəlirlər”.