F-1.az xəbər verir ki, onlar bu dəfə daha çətin yarış olacağını proqnozlaşdırırlar.
Maks Ferstappen: “Bəhreyndə mövsümə gözəl startdan sonra Ciddədə asan yarış gözləmirəm. Sürətli maşın tələb edən tamamilə fərqli tras bizi gözləyir. Bununla belə, maşınımızın yüksək sürətli döngələrdə effektli olacağına inanıram.
Görünüşü yaxşılaşdırmaq üçün tras müəyyən qədər yenidən qurulub – ümid edirəm görülən işlər sürücülərə kömək edəcək. Əvvəllər bəzi hissələr təhlükəli idi. Ciddədə çoxlu tribunalara malik böyük şəhər trası var. Mən həmişə burada yarışmağı xoşlamışam”.