M.Ferstappen çox utanıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, 2016-cı ilin Amerika yarışında karyerasının ən utancverici anını yaşayıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü həmin yarışda komandası çağırmadan pitə gəlmiş və nəticədə təkərləri bir neçə saniyə gec dəyişdirilmişdi.

Maks Ferstappen: “Karyeramda ən çox utandığım an 2016-cı ilin ABŞ yarışı olub. Hər şey qaydasında idi və 4–cü yerdə gedirdim. Birdən mühəndisim mənə dedi ki, var qüvvənlə sür. Adətən bunu pit-stopdan əvvəlki dövrədə deyirlər. Mən də növbəti dövrədə pitə gəldim. Amma pit sahəsinə girəndə yadıma düşdü ki, məni çağırmayıblar. Komandaya radio vasitəsilə dedim ki, pitdəyəm və mexaniklər təkərləri götürüb tez gəldilər. Ancaq təkərləri 8-9 saniyəyə dəyişdilər. Səhvimə baxmayaraq, yaxşı işləmişdiklər. Üç dövrədən sonra isə mexaniki problemə görə mübarizəni dayandırdım. Lakin Helmut Marko çox əsəbiləşmişdi və mən də səhvimi qəbul etdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*