M.Ferstappen çox məyus olub

Red Bull komandasının sürücüsü Maks Ferstappen son cəhdində poulu əldən verdiyi üçün məyus olduğunu deyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ilk cəhdində Fetteli 0.2 saniyə qabaqlasa da, son cəhdində almaniyalı sürücüyə 0.1 saniyə uduzub.

Maks Ferstappen: “Doğrudan da əsəbpozucu haldır. Son sessiyada təkərləri işlədə bilmədim, düzdür, 2-ci yer də gözəldir, amma belə olmasını istəməzdim. Əlimdən gələn hər şeyi etdim. Bu poulu çox istəyirdim, amma yarışa yenə də yaxşı yerdən başlayacam və tam gücümüzlə mübarizə aparacağıq. Asan yarış olmayacaq. Ferrari və Mercedes çox güclüdürlər, amma bizim də yarış tempimiz yaxşıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*