F-1.az xatırladır ki, Lyuis Həmilton yarışın startında təkərləri bloka salaraq, döngəni kəsmiş və bu hərəkətinə görə cəza almamışdı. Ferstappen isə yarışın sonunda Fettelə qarşı müdafiə olunarkən döngəni kəsmiş və yarışın finişindən dərhal sonra 5 saniyə cəza almışdı.
Hollandiyalı sürücü bu cəzaların uyğunsuz olduğunu bildirib: “Stüardlar qaydalardakı problemlərə görə vəziyyəti həm azarkeşlər üçün, həm də özləri üçün çətinləşdirirlər. Meksika yarışında hər şey aydın oldu. Lyuis ilk döngəni kəssə də, cəza almadı. Amma mən Fettellə mübarizədə eyni şeyi etdiyim üçün 5 saniyəlik cəza aldım və 3-cü yeri itirdim.
Bu axmaqlıqdır. Lyuislə eyni döngədə eyni şeyi etdik. Onun etdiyi kimi ilk döngədə əylənmə zonasını qaçırıb, döngəni kəsdim. Heç bir üstünlük qazanmadım. Amma mən cəza aldığım halda, Lyuis almadı. Bu ikili standartdır”.
Ferstappen bildirib ki, mövsümün bitməsinə iki yarış qaldığı üçün FİA bu məsələlərə qış fasiləsində baxmalıdır: “Bu mövsümün sonuna iki yarış qalıb və buna görə də qaydaları dəqiqləşdirmək üçün qış fasiləsini gözləmək lazımdır. Vəziyyət hamı üçün eyni deyil və qaydalara açıqlıq gətirmək lazımdır. Onlara həmişə hörmət edəcəm, amma ədalətli olmalıdırlar”.