M.Ferstappen cəzalandırılıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen rəqibi Okonu finişdən sonra tərəzi otağında sinəsindən itələdiyi üçün ikigünlük ictimai işlərə cəlb olunacaq.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü Braziliya yarışında lider gedərkən Okon onunla bir dövrəyə qayıtmaq istəyib və nəticədə iki sürücü təmas yaşayıb. Bu təmasdan sonra liderliyi itirən Ferstappen yarışı ikinci yerdə bitirib.

Yarışdan sonra sürücülər tərəzidə çəkilən zaman hollandiyalı sürücü Okonu itələyib. FİA 21 yaşlı sürücünün hərəkətini fiziki təmas olaraq dəyərləndirib: “Maks tərəzi otağına girdi və birbaşa Okonun üstünə getdi. Bir az danışdıqdan sonra onu itələdi. Stüartlar Maksın trasdakı insidentə görə məyus olduğunu anlayırlar. Açıqlamasında da bildirib ki, məqsədi Okonu vurmaq deyildi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*