“M.Ferstappen Ceyms Hanta bənzəyir”

1976-cı ilin Dünya Çempionu Ceyms Hantın oğlu Freddi Hant gənc Maks Ferstappeni atasına bənzədir.

F-1.az xatırladır ki, Ceyms Hant 1976-cı ildə Niki Lauda ilə çempionluq uğrunda amansız mübarizə aparmış və sonda hədəfə çatan tərəf olmuşdu.

Freddi Hant: “2021-ci il mövsümü gördüyüm ən yaxşı çempionatdır. Mübarizənin şiddəti mənə 1976-cı ili xatırladır. Lakin iki mübarizə fərq var. Atamla Niki Lauda dost idilər. Maks və Lyuis üçün eyni sözü deyə bilmərik. Niki ilə atam bir-birlərinə hörmət edirdilər. Təkər-təkərə mübarizə aparanda bir-birlərinə daha çox yer qoyurdular. Bilirdilər ki, çox risk alsalar, ölüm ola bilər. Həmin illərdə Kops döngəsində Maksla Həmiltonunku kimi təmas olsa, Maks boliddən bəlkə də, çıxa bilməzdi.

Müqayisə etmək mənasız olsa da, xarakter və yarışa yanaşmasına görə Maksı atama oxşadıram. Həmilton ilə atamın heç bir oxşar tərəfi yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*