F-1.az xatırladır ki, hollandiyalı sürücü Ştiriya Qran Prisinin sıralanma turunda ən sürətli dövrəni vuraraq, bu mövsüm üçüncü dəfə poul qazanıb.
Maks Ferstappen: “Yaxşı həftəsonu idi. Sıralanma turunda bolidi sürmək rahat idi. Son döngələrdə trafikdə qaldım, amma üçüncü sessiyadakı dövrəm yaxşı idi. İlk sektorda güclü idim və ev yarışımızda poul qazandığım üçün çox sevincliyəm. Burada Red Bull bolidini birinci görmək gözəldir.
Trasda döngələr az olsa da, hamısı çətindirlər. Birinci döngə, üçüncü döngə üçün əylənmə etmək, dördüncü döngədə yoxuşu qalxmaq və daha sonra yoxuşu düşərkən əylənmə etmək çətindir. Tras kiçik olsa da, ideal dövrə vurmaq çətindir. Burada mükəmməli tapmaq çox çətindir. Ümdi edirəm ki, bu yarış da Fransadakı kimi maraqlı olar”.