F-1.az xatırladır ki, yeni mövsümdə bolidlərin asfaltlayatma qüvvəsi artdığı üçün əylənmə zonaları qısalıb. Buna görə də ötmələr daha çətin olub. Keçən il 3 yarışdan sonra 220 ötmə olmuşdusa, bu il cəmi 65 ötmə izləyə bilmişik.
Amma sayı azalsa da, Çin və Bəhreyndə ötmələrin keyfiyyəti daha yüksək idi. Keçən il 78 ötmə edərək rekord qıran Ferstappen düşünür ki, bu il vəziyyət daha yaxşıdır: “Ötmə etmək keçən ilə nisbətən çətin olsa da, bu pis hal deyil. Əgər təkərləriniz yenidirsə, 1-2 dövrə maksimum həddə gedə bilirsiniz. Bu il DRS ötmələrə kömək edə bilmir. Çində ötmələrin çoxu DRS olmadan reallaşdı. Bu, bizə və sizə daha çox həzz verir”.