F-1.az xatırladır ki, bu həftəsonu bəzi sürücülər güc qurğusunu yenilədiyi üçün startda yer itirəcəklər. Artıq 6 sürücünün cərimələndiyi məlumdur. Bunlardan ən vacibi siə sözsüz ki, Maks Ferstappenin cəriməsidir. Niderlandlı sürücü Belçikada yeni güc qurğusuna keçdiyi üçün yarışa 14-cü yerdən başlamışdı. Çempionatın lideri bu dəfə Montsada yeni daxiliyanma mühərriyinə keçib. Buna görə də bazar günü yarışın startında 5 yer itirəcək.
M.Ferstappen cərimələnib
Red Bull komandasının sürücüsü Maks Ferstappen yeni daxiliyanma mühərriyinə keçdiyi üçün startda yer itirəcək.