M.Ferstappen cərimələnib

Red Bull komandasının sürücüsü Maks Ferstappen Rusiya yarışının startında 3 yer itirəcək.

F-1.az xatırladır ki, Maks Ferstappenlə Lyuis Həmilton ilk döngədə yan-yana gəliblər. Lakin iki sürücü də bir-birinə güzəşt getmək istəməyib və yekunda hər iki sürücünün yarışını bitirən insident baş verib. Qəzadan sonra Maksın bolidi Lyuisin bolidinin üstünə çıxıb.

Yarışdan sonra stüardlar insidenti araşdırıblar və hollandiyalı sürücüyə Rusiya yarışının startında 3 yer itirmək cəzası veriblər.

Stüardların qərarında deyilir:

Videokameralardan alınan yazıları araşdıraraq, stüardlar görüblər ki, #44 maşının sürücüsü (Lyuis Həmilton) toqquşmadan qaçmağa imkan verən trayektoriyanı tutub, hərçənd onun maşınının trasdakı vəziyyəti #33 maşının sürücüsünü (Maks Ferstappen) porebrikə çıxmağa məcbur edib.  

Amma sonra stüardlar görüblər ki, #33 maşın #44 maşınla bərabər olmayıb, yalnız 1-ci döngənin böyük hissəsini qət etdikdən sonra ona çatıb.

Stüardların fikrincə, #33 maşının “yarış boşluğu hüququ” əldə etməsi üçün bu manevr cəhdi çox gec qəbul olunub, Hərçənd, #44 maşının sürücüsü qəzadan qaçmaq üçün porebrikdən daha çox kənara hərəkət edə bilərdi. Amma stüardlar hesab ediblər ki, o, daha yaxşı mövqe tutub və qəzaya görə əsas günah #33 maşının sürücüsündədir.

Cəriməyə gəlincə, stüardlar qeyd ediblər ki, onlar yalnız insidenti nəzərdən keçiriblər, onun nəticəsini deyil.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*