F-1.az xatırladır ki, Red Bull komandası bu ilə gözləniləndən pis başlayıb və 6 yarışda cəmi 3 dəfə podiumun son pilləsinə yüksələ bilib. Ferrari və Mercedes komandaları isə hərəyə 3 dəfə qalib gəliblər.
Maks Ferstappen: “Bu mövsüm gözlədiyimiz kimi başlamadı. Öndəki rəqiblərimizdən bu qədər geridə olmağı gözləmirdik. Çempionluq şansımızın olduğunu demək doğru olmaz. Əgər mövsümün sonuna qədər aradakı fərqi bağlaya bilsək, uğurlu nəticə qazanmış olarıq. Məqsədimiz hər yarış bacardığımız qədər çox xal toplamaqdır. Boliddə daha çox asfaltla ilişmə tapmalıyıq. Əgər bu problemi həll etsək, bolidi sürmək asanlaşacaq”.