F-1.az xatırladır ki, Ferstappen Red Bull komamdasına keçdikdən sonra yaxşı nəticələr alır. Hollandiyalı bildirib ki, komandası gələn il güclü bolid hazırlasa, çempionluq uğrunda mübarizə aparmağa hazır olacaq.
Maks Ferstappen: “Bəli, hazıram, çünki çempionluq qazana biləcəyimiz komandada olanda zehni cəhətdən də tamamilə dəyişilirsiniz. Güclü bolidiniz olanda həmişə tam güclə sürmək məcburiyyətiniz olmur. Bəzən rahatlanıb, birinci yerdənsə, ikinci yer üçün mübarizə apara bilərsiniz.
Həmişə mümkün olan ən yaxşı nəticəni əldə etmək istəyərsiniz. Bəzən qələbəyə doğru gedərkən, tərsliklər baş verə bilər və insanlar sizin aqressiv olduğunuzu düşünərlər”.
Ferstappen bildirib ki, Red Bull-dakı ən böyük problemi limitləri tapa bilməməsidir: “Bolidin limitlərini tapmaq çətindir. Boliddəki sürüş stilinə, fərqli ssenarilərə və şərtlərə öyrəşməlisiniz. Oturacağın vəziyyətində, qaz və əyləc pedallarının sərtliyində istədiyinizi tapmalısınız.
Hər şey get-gedə istədiyim kimi olur. Amma həmişə yeni traslarda yeni şeylər kəşf edirəm. Artıq bunun üzərində işləyək deyirsiniz, amma hər şey inkişaf etməyə davam edir”.
Hollandiyalı bildirib ki, Rikkardo ilə olan münasibəti Saynsla olan münasibətindən fərqlidir: “Böyük komandaya keçdikdən sonra orada olduğunuzu hiss edirsiniz. Daha sonra isə yaxşı nəticələr, qələbə və podiumlar qazanmaq istəyirsiniz. Buna görə də buradakı abu-hava daha rahatdır.
Rikkardonun təcrübələrindən faydalanıram. O, bolidi daha yaxşı tanıyır və neçə illərdir sürür.
Pis dövrə vurduğunuz zaman “yeni təkər verin, bir saniyə sürətli olacam” deyə bilirsiniz. Sürücü kimi bunu hiss edirsiniz. Təbii ki, bolidə minəndə onun potensialını tam olaraq bilmirsiniz. Bunlar təcrübə ilə əmələ gəlir”.